Haqqımızda
"AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə yaradılıb. "AzInTelecom" MMC-nın fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış data mərkəzi nəzdində "AZCLOUD" bulud xidmətlərdən ibarətdir. "AzInTelecom” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyində fəaliyyət göstərir.
Bulud Xidmətləri
TIER III, ISO 20000 və ISO 27001 sertifikatlarına malik və müasir dünya standartlarına cavab verən data mərkəzi ölkə və region səviyyəsində kompleks İT xidmətləri göstərir və ən son texniki göstəricilərə malik baza əsasında müştərilərə fərdi həllər təklif edir.
Beynəlxalq səs trafiki
Azərbaycanla xarici dövlətlərin telekommunikasiya operatorları arasında müqavilələrin imzalanması, beynəlxalq telefon kanallarının yaradılması və istismarı, səs trafikinin təşkili və qarşılıqlı operatorlar arası hesablaşmaların aparılması. Azərbaycan ilə dünya ölkələri arasında beynəlxalq telekommunikasiya xidmətlərinin alternativlik və yüksək keyfiyyətlə təmin edilməsi və müasir xidmətlərin tətbiq edilməsi.
Sertifikatlaşdırma
Bu xidmət telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatı verilməsi üçün müraciətlərə baxılması, tələb olunan sənədlərin qəbul edilməsi, telekommunikasiya vasitələri və qurğularının qarşılıqlı telekommunikasiya şəbəkəsinə (QTŞ) uyğunluğu barədə sertifikatın verilməsinə dair xidmətlərin göstərilməsindən ibarətdir.