Haqqimizda 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 3 əsas xidmət istiqaməti var. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.

“AzInTelecom” MMC tərəfindən tətbiq olunan beynəlxalq səs trafikinin mübadiləsinin təşkili xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsinin alternativlik və yüksək keyfiyyətinin təmin edilməsindən ibarətdir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP-əsaslı səs kanallarının təşkilini və bütün ölkə-daxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.

Sertifikatlaşdırma xidmətlərinin həyata keçirilməsi telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərmiş olur, bu isə daxili bazarda sağlam rəqabətin artmasına istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına kömək edir.

ISO 20000, ISO 27001 və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan yeni yaradılmış regional data mərkəzi dövlət, özəl və beynəlxalq səviyyədə "AZCLOUD" bulud xidmətləri göstərməyə imkan yaradır.

BAXIŞ

Müştərilərə öz əsas işlərilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmaq.
Qürur duyulacaq rəqəmsal gələcəyi birlikdə quraq.

DƏYƏRLƏR

İnsana dəyər-Peşəkar komanda
Etibarlılıq
İnnovativlik
Çeviklik
Şəffaflıq
Məxfiliyin qorunması

MİSSİYA

Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən  data xidmətləri təqdim etmək.

FAKTLAR

TIER III, ISO 20000 və ISO 27001 Sertifikatlı Data Mərkəzi
24/7 rejimində texniki dəstək göstərilməsi

Struktur

LEYLA MƏMMƏDOVA

Direktor vəzifəsini icra edən

CEYHUN ƏLİYEV

Direktor müavini

RUSLAN ƏLİYEV

Kommersiya departamentinin rəhbəri

ELVIRA ABBASOVA

İnzibati işlər departamentinin rəhbəri

SƏYAHƏT ƏSGƏROV

Hüquq departamentinin rəhbəri

LALƏ ƏSKƏROVA

İnsan resursları departamentinin rəhbəri

ƏMİR VƏLİBƏYOV

Texnologiyalar departamentinin rəhbəri

Partnyorlar