FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

BULUD XİDMƏTLƏRİ

Beynəlxalq səs TRAFİKİ

SERTİFİKATLAŞDIRMA

"AZCLOUD" Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III, ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk data mərkəzi, 2016-cı ilin dekabr ayında “AzInTelecom” MMC tərəfindən istismara verilib. “AzInTelecom” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) nəzdində fəaliyyət göstərir. Data mərkəzimiz Almaniyanın beynəlxalq səviyyəli şirkəti tərəfindən inşa edilmiş və “Uptime Institute”unun test sınaqlarından uğurla keçərək TIER III beynəlxalq sertifikatına, həmçinin ISO-20000 və ISO 27001 informasiya təhlükəsizliyi standartlarına layiq görülüb. TIER III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir. 99,982% etibarlılıq səviyyəsi təmin olunan data mərkəzi il ərzində cəmi yolverilən boşdayanma 1,6 saat təşkil edir. Sahəsi 700 m2 –dən çox olan və tələblərinizə tam cavab verəcək sayda server dayaqlarına malik data mərkəzində verilənlərin yüksək sürətlə ötürülməsini həyata keçiririk.

Tel.: +994 50 366 8182
Veb: http://www.azcloud.az
E-poçt: sales@azcloud.az
Texniki dəstək: SOC24@azintelecom.az

 

Prioritetlər

Azərbaycan ilə dünya ölkələri arasında beynəlxalq telekommunikasiya xidmətlərinin alternativlik və yüksək keyfiyyətlə təmin edilməsi, həcminin artırılması və müasir xidmətlərin tətbiq edilməsi.

Mövcud vəziyyət

Azərbaycan ilə dünya ölkələri arasında beynəlxalq səs trafikinin keyfiyyət göstəricilərinin yüksəldilməsi və rabitənin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə hazırda 30-dan çox Avropa, Asiya, Amerika və Afrika qitələrində fəaliyyət göstərən beynəlxalq səs operatorları ilə ən son texnologiyalar və siqnallaşma sistemləri üzərindən 12,337 ədəd birbaşa texniki arabağlantı kanalları təşkil edilmişdir.

Perspektiv planlar

Beynəlxalq telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən beynəlxalq operatorlarla yeni birbaşa arabağlantıların təşkili və əməliyyat xərclərin optimallaşdırılması.

Sertifikatlaşdırma üzrə xidmətlər-telekommunikasiya vasitələri və qurğularına (TVQ) uyğunluq sertifikatı verilməsi üçün müraciətlərə baxılması, tələb olunan sənədlərin qəbul edilməsi, TVQ-lərin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinə (QTŞ) uyğunluğuna dair sınaq laboratoriya testlərinin aparılmasından və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanununa əsasən “uyğunluq” sertifikatlarının verilməsindən ibarətdir.

“AzInTelecom” MMC 01.12.2018-ci il tarixindən etibarən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS İSO/İEC 17065:2014 və AZS İSO/İEC 17025-2009 standartlarına uyğun akkreditasiyadan keçmiş və TVQ-lərə sertifikat verilməsinə hüquq verən akkreditasiya attestatlarına sahib olmuşdur.

Xidmət fiziki və elektron qaydada həyata keçirilir. Xidmətin istifadəçiləri fərdi sahibkarlar, hüquqi şəxslər və dövlət orqanlarıdır. Xidmət ödənişlidir və sertifikatlaşdırma orqanı ilə sifarişçi arasında bağlanmış müqavilə şərtlərinə əsasən sifarişçi tərəfindən həyata keçirilir. Xidmətin göstərilməsi nəticəsində“AzInTelecom” MMC tərəfindən sifarişçinin istehsal, idxal, ixrac və ya realizə etdiyi TVQ-lərə QTŞ-yə uyğunluq sertifikatı verilir.
 
Sertifikatın verilməsi üçün tələb olunan sənədlər: 
 
1. Xidmətin göstərilməsi üçün sifarişçinin təqdim edəcəyi müraciət ərizəsi;
2. İcraçı tərəfindən tərtib olunan tərəflər arasında müqavilə (2 nüsxə);
3. Sifarişçinin vergi uçotunun alınması haqqında müvafiq sənədin surəti (VÖEN);
4. Rabitə avadanlığının Mənşə sertifikatı;
5. Rabitə avadanlığına istehsalçı tərəfindən verilmiş uyğunluq bəyannaməsi (sertifikatı)
6. İstehsalçının test-sınaq nəticələrinin surəti;
7. Rabitə avadanlığının Texniki pasportu.

Xidmətdən elektron istifadə üçün aşağıdakı linkdən istifadə edin:

https://www.e-gov.az/az/services/read/2888/0

Əlavə məlumat üçün 012 200 0170 və ya 012 498 1866  nömrələrinə zəng edin