KARYERA

VAKANSİYALARIMIZ
İŞƏ MÜRACİƏT

Sağlam iş mühiti, rəqabətə davamlılıq və stabillik iş axtarışında sizin üçün əsas meyarlardırsa, karyeranızı "AzInTelecom" MMC-də qurun. 

CV-nizi bizə göndərin:
Fayl seç

Seçilmiş fayl yoxdur

Marketinq şöbəsinin müdiri

Şöbə: Kommersiya departamenti/ Marketinq şöbəsi

Vəzifə öhdəlikləri:

  • Şirkət strategiyasına uyğun olan taktiki planları müəyyən etmək və yerinə yetirmək
  • Taktiki planlara uyğun olan müştəri yönümlü bulud məhsulları üçün planları müəyyən etmək və yerinə yetirmək
  • Əsas daşıyicı operatorların səs kanallarının təkminlədirilməsi
  • Optimal nəticələri təmin etmək üçün bütün CRM fəaliyyətlərinin sınağını, yenidən baxılmasını və təhlilini keçirmək
  • Şirkətin hesabat sisteminin yaradılması və təkmilləşdirilməsi üçün planı müəyyən etmək
  • Marketinq büdcəsi – müəyyənləşdirmək və nəzarət etmək
  • Departamentə daxil olan sənədlərin icrası
  • Komanda üzvləri üçün təlim planını müəyyən etmək

Tələb olunan bilik və bacarıqlar:

  • Mükəmməl idarəetmə və təşkilatçılıq qabiliyyəti
  • Analitik və kreativ yanaşma tərzi
  • Ən son marketinq vasitələri və təcrübəsi ilə tanışlıq
  • Müştəri yönümlü yanaşma
  • İKT sahəsi üzrə dərin biliklərə malik olmaq
  • Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı
  • Microsoft Project və Microsoft Visio kimi proqramları bilənlərə üstünlük verilir

Təhsili:

  • Marketinq sahəsində ali təhsil (MBA əlavə üstünlükdür)
  • İT sahəsində sertifikat əlavə üstünlükdür

Dil bilikləri: Azərbaycan və ingilis dillərini mükəmməl bilməli (rus dilini bilənlərə üstünlük verilir)

İş təcrübəsi: İT məhsullarının marketinqi üzrə 5 illik idarəetmə təcrübəsi

İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-nizi bizə göndərin:

Məhsul və xidmətlər üzrə aparıcı mütəxəssis

Şöbə: Kommersiya departamenti/ Marketinq şöbəsi

Vəzifə öhdəlikləri:

  • Məhsulun yaxşılaşdırılması məqsədilə daxili və xarici müştərilərdən daxil olan sorğuları sənədləşdirmək
  • Bazarın tədqiqi və rəqabət təhlilini yerinə yetirmək
  • B2B müştərilər üçün proqram təminatı məhsullarını layihələndirmək və yaratmaq
  • Məhsul boşluqlarının aradan qaldırılması üçün başlıca istifadə variantlarını təyin etmək
  • Mükəmməl təşkilatçılıq bacarıqları, təfərrüatlara diqqət, çoxlu sayda tapşırıqları izləmək və alternativ prioritetlərlə çoxlu müxtəlif paralel təşəbbüslər üzərində işləmək qabiliyyəti
  • Açıq ifadə olunmuş analitik qabiliyyət
  • Biznes strategiyasının planlaşdırılması üzrə təcrübəyə üstünlük verilir
  • Proqramlaşdırma və UX istiqamətində maraq əlavə üstünlükdür

Tələb olunan bilik və bacarıqlar:

  • Komanda mühitində əməkdaşlıq şəraitində işləmək qabiliyyəti
  • Təşkilatda bütün səviyyələrdə insanlarla effektiv şəkildə işləmək qabiliyyəti
  • Mürəkkəb ideyaları effektiv şəkildə ötürmək bacarıqları
  • Layihələri vaxtlı vaxtında yerinə yetirmək
  • MS Excel, MS Power Point və MS Project üzrə biliklər

Arzu olunan meyar və tələblər:

  • Proqram təminatının inkişaf etdirilməsi və server inzibatçılığı sahəsində təcrübə
  • Bulud məhsulları və xidmətlərinin işlənib hazırlanmasında təcrübə əlavə üstünlükdür                      

Təhsili:                   

  • IT və ya kompüter elmləri sahəsində bakalavr dərəcəsi
  • MBA əlavə üstünlükdür
  • Layihələrin idarə olunması sahəsində sertifikat əlavə üstünlükdür

Dil bilikləri:

  • Azərbaycan dili, ingilis dili (orta səviyyə), rus dili əlavə üstünlükdür

İş təcrübəsi: IT/Yüksək texnologiyalarla əlaqədar məhsulların işlənib hazırlanmasında ən azı üç (3) illik təcrübə

İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-nizi bizə göndərin:

Sosial media marketinqi üzrə mütəxəssis

Şöbə: Kommersiya departamenti/ Korporativ kommunikasiyalar şöbəsi/

Rəqəmsal və sosial media marketinqi sektoru

Vəzifə öhdəlikləri:

  • Sosial media strategiyasını həyata keçirmək
  • Bloq planlarını həyata keçirmək
  • İnternet seminarlar və konfranslar üçün illik planları həyata keçirmək
  • İnternet saytları və sosial qarşılıqlı əlaqə hesabları üçün kontent yazmaq və optimallaşdırmaq
  • Onlayn kontentdəki səhvləri və ya nöqsanları düzəltmək
  • Onlayn saytlar üçün video, podkast və audio kontenti redaktə etmək və yerləşdirmək
  • İnternet saytların trafik axınını izləmək, təhlil etmək və müntəzəm daxili hesabatlar hazırlamaq
  • Bazara məhsul buraxılışlarına və işgüzar əlaqələrin yaradılması və möhkəmləndirilməsi tədbirlərinə qatılmaq

Tələb olunan bilik və bacarıqlar:

  • Vaxtın idarə olunması bacarıqları
  • Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı
  • Biznes yönümlü düşüncə və şüur (Şirkət biznesini anlamaq, öz işini ümumi biznesin bir hissəsi kimi görmək, şirkət xaricində müsbət imic qurmaq)
  • Komanda işi və əməkdaşlıq (Müsbət iş münasibətlərini qurmaq, digərlərini dinləmək və anlamaq, təcrübə ilə bölüşmək)
  • Çeviklik və dəyişikliklərə açıqlıq (Dəyişiklikləri anlamaq, maraq göstərmək, sual vermək, işdə əks etdirmək)
  • Müştəriyə diqqət (Daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərmək, dinləmək və anlamaq, razılaşdırılan çərçivədə çevik olmaq)
  • Texniki/peşəkar biliklər və bacarıqlar (İşçinin işinə aid və lazım olan bilik və bacarıqların səviyyəsi və öyrənməsi)
  • Bazar tələbatlarına və trendlərə uyğunluq (Bazar tələbatlarını və trendləri bilmək, vaxtında təklif vermək, proaktiv olmaq, ehtiyacları qarşılamaq)
  • Danışıqların aparılması (Digər tərəfi anlamaq, danışıqlar zamanı düzgün strategiya qurmaq, “win-win” yanaşmadan istifadə etmək)
  • Şəbəkələrin qurulması (Digər tərəflərlə şəbəkə qurmaq, şirkətlərlə və fərdi şəxslərlə tanış olmaq və əlaqə yaratmaq)

Arzu olunan meyar və tələblər:

  • Facebook, Twitter, Instagram, YouTube və s. daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, bütün populyar sosial media platformalarında açıq ifadə olunmuş üstün təcrübə
  • Google analytics, Yandex Metrica üzrə biliklər əlavə üstünlükdür                                     
  • IT şirkətində təcrübə əlavə üstünlükdür         

Təhsili: Kommunikasiyalar, marketinq, jurnalistika, multi-media və ya əlaqədar sahəsində bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dilini bilənlərə üstünlük verilir

İş təcrübəsi: Sosial media marketinqi sahəsində1-3 il

İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-nizi bizə göndərin:

Tədbirlər üzrə mütəxəssis

Şöbə: Kommersiya departamenti/ Korporativ kommunikasiyalar şöbəsi/

Marketinq kommunikasiyaları sektoru

Vəzifə öhdəlikləri:

  • Tədbirlər planına rəhbərlik etmək və həyata keçirmək
  • Hər bir idarə olunan layihə üzrə mühüm kritik vaxt və prioritetləri hazırlamaq, dəstəkləmək və vaxtından əvvəl məlumat vermək: Taktiki sənədlər, Proqram icmalı, Logistika tələbləri, Cavab planlaşdırması və proqramın qüsursuz çatdırılmasını təmin etmək üçün qrafik
  • Xərclərin azaldılması üçün kreativ ideyalardan istifadə edərək qarşıya qoyulan məqsədlərə nail olmaqla proqram büdcəsini əldə saxlamaq və idarə etmək
  • Fasiləsiz olaraq effektivliyin artırılması üçün tövsiyələr vermək və tədbirlərin uğurlarını möhkəmləndirmək üçün təkliflər irəli sürmək
  • Tədbirlər barədə hesabat hazırlamaq

Tələb olunan bilik və bacarıqlar:

  • Biznes yönümlü düşüncə və şüur (Şirkət biznesini anlamaq, öz işini ümumi biznesin bir hissəsi kimi görmək, şirkət xaricində müsbət imic qurmaq)
  • Komanda işi və əməkdaşlıq (Müsbət iş münasibətlərini qurmaq, digərlərini dinləmək və anlamaq, təcrübə ilə bölüşmək)
  • Çeviklik və dəyişikliklərə açıqlıq (Dəyişiklikləri anlamaq, maraq göstərmək, sual vermək, işdə əks etdirmək)
  • Müştəriyə diqqət (Daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərmək, dinləmək və anlamaq, razılaşdırılan çərçivədə çevik olmaq)
  • Texniki/peşəkar biliklər və bacarıqlar (İşçinin işinə aid və lazım olan bilik və bacarıqların səviyyəsi və öyrənməsi)
  • Bazar tələbatlarına və trendlərə uyğunluq (Bazar tələbatlarını və trendləri bilmək, vaxtında təklif vermək, proaktiv olmaq, ehtiyacları qarşılamaq)
  • Danışıqların aparılması (Digər tərəfi anlamaq, danışıqlar zamanı düzgün strategiya qurmaq, “win-win” yanaşmadan istifadə etmək)
  • Şəbəkələrin qurulması (Digər tərəflərlə şəbəkə qurmaq, şirkətlərlə və fərdi şəxslərlə tanış olmaq və əlaqə yaratmaq)
  • Dil bilikləri:
  • Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dilini bilənlərə üstünlük verilir
  • MS Office
  • Facebook, Twitter, Instagram, YouTube və s. daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, bütün populyar sosial media platformalarında açıq ifadə olunmuş üstün təcrübə
  • Google analytics, Yandex Metrica üzrə biliklər əlavə üstünlükdür
  • Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı
  • Microsoft Project kimi proqramlarda işləmək bacarığına üstünlük verilir

Təhsili:

  • Bakalavr və ya magistr dərəcəsi
  • Marketinq dərəcəsi əlavə üstünlükdür

Dil bilikləri: Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dilini bilənlərə üstünlük verilir                                              
İş təcrübəsi: Qeyd olunan vəzifə və öhdəliklərlə bağlı ən azı 1 illik təcrübə (tədbirlərin planlaşdırılmasına diqqət yetirilməklə)                                           
İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-nizi bizə göndərin:

Elektrik mühəndisi

 

Şöbə: Texnologiyalar departamenti/ Data Mərkəzinin infrastrukturuna dəstək şöbəsi
Şəhər: Yevlax 
Tələb olunan bilik və bacarıqlar:
  • Soyutma sistemləri haqqında anlayış
  • Transformator, generator, UPS, chilleri bir sistem formasında işlətmə qaydaları
  • Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması, istismarı qaydaları
  • Yüksək və aşağı gərginlikli bir xətli elektrik diaqramını oxuya bilmə
  • BMS, PMS, DMS, PLC sistemləri haqqında təməl bilgilər
  • Access control, video müşahidə sistemlərinin planını oxuya bilmə və işləmə qaydaları
  • Müxtəlif növ elektrik, siqnal və xəbərləşmə kabellərin istismar qaydaları
  • Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planı
  • Problemləri həll edə bilmə və qərar vermə qabiliyyətinə malik olma
  • Məsuliyyətli, intizamlı və stress vəziyyətinə davamlı          
  • Komandada işləmə bacarığına malik olma 
Vəzifə öhdəlikləri: 
  • İstifadə olunan avadanlıqların normal və təhlükəsiz  işləməsinin təmin  edilməsi
  • Periodik plan əsasında texniki baxışların aparılması
  • Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkili
  • Servis şirkətlərinin işinə nəzarət və aktların qəbulu
  • Soyutma və havalandırma sistemlərinin dayanıqlı və qəzasız istismarının təşkili
  • Ofis daxili elektrik problemlərinin həll olunması
  • İşıqlanmanın quraşdırılması
  • Yeni müştərilər üçün ethernet və optik xətlərin çəkilməsi 
Təhsili:
  • Elektrik və ya avtomatika mühəndisliyi sahəsində ali təhsil 
Dil bilikləri: 
  • Azərbaycan və ingilis (intermediate), rus (arzu olunan)
İş təcrübəsi: 
  • Elektrik sahəsində 1-3 il 
İş qrafiki: 
  • Növbəli iş rejimi

CV-nizi bizə göndərin:

Korporativ kommunikasiyalar üzrə mütəxəssis

Şöbə: Kommersiya Departamenti/ Korporativ kommunikasiyalar şöbəsi/ Marketinq
kommunikasiyaları sektoru
Tələb olunan bilik və bacarıqlar:
  • Mükəmməl yazı və redaktə etmə bacarıqları  
  • Məlumatı toplama və təhlil etmə bacarığı                                                                                       
  • Güclü araşdırma və təqdimat bacarıqları 
  • Müsahibə və əlaqə yaratma bacarıqları
  • Mükəmməl şəxsi keyfiyyətlər və rəhbərliyin bütün səviyyələri ilə işləmək bacarığı                   
  • Microsoft Office (Excel, PowerPoint, Word) proqramlarında sərbəst işləmə bacarığı
  • Ünsiyyətcil, kreativ və innovativ olmaq           
  • Tək və komandada işləmə bacarığı 
Vəzifə öhdəlikləri: 
  • Xarici kommunikasiyalar üzrə kontentin hazırlanması (məqalələr, veb sayt kontenti, sosial
  • şəbəkələr üçün mətnlər, korporativ yazılar, məktublar, çıxışlar, mətnlər, müzakirə mövzuları,
  • nəşrlər/jurnal), redaktə edilməsi və müntəzəm olaraq yenilənməsi
  • KİV-lə əməkdaşlıq yaratmaq, müsbət ünsiyyətin saxlanmasını təmin etmək
  • Şirkətin adının çəkildiyi bütün mümkün kommunikasiya kanallarının gündəlik monitorinqi
  • Bütün məlumat daşıyıcılarında şirkətlə bağlı məlumatların düzgünlüyünün yoxlanılması
Təhsili: 
  • Filologiya / Psixologiya / İctimaiyyətlə əlaqələr / kommunikasiyalar sahəsi üzrə ali təhsil (bakalavr dərəcəsi)
Dil bilikləri: 
  • Azərbaycan və ingilis (sərbəst), rus dilini bilənlərə üstünlük verilir
İş təcrübəsi: 
  • İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar sahəsi üzrə ən azı 3 il  
İş qrafiki: 
  • 09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-nizi bizə göndərin:

Operator

Şöbə: Texnologiyalar departamenti/ Xidmət Əməliyyatları Mərkəzi

Tələb olunan bilik və bacarıqlar:

  • Əsas şəbəkələr, transmissiya, transport avadanlıqları haqqında texniki biliyə malik olmaq;
  • Şəbəkə texnologiyaları haqqında anlayış,
  • Şəbəkə protokolları ilə işləmə təcrübəsi;
  • VMWare Mobile Device Management, HP OpenView ServiceDesk kimi tətbiq sistemləri haqqında biliklər;
  • Kompüter, hardware avadanlıqlarının  işləmə mexanizmini yüksək səviyyədə bilmə və problem yaşandığı anda effektiv, səmərəli şəkildə nasazlıqları aradan qaldırmaq bacarığı;
  • Ms Exchange Server, DNS, DHCP, Active Directory, GPO, FTP, SNMP • SMTP, HTTP, HTTPS, SSH;
  • MS Office haqqında məlumat ;
  • CCNA sertifikatları üzrə texniki biliyə, təcrübəyə və bacarığa malik olmaq;
  • Şirkətdaxili prosesləri oxumaq, izləmək və öz təkliflərini ifadə etmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Şəbəkə Əməliyyatları Mərkəzi üzrə baş vermiş hadisələrin və qəza siqnallarının idarə edilməsi, müvafiq proses və əməliyyat tədbirləri vasitəsilə şəbəkələrin dayanıqlığının təmin edilməsi, o cümlədən qəza hallarının nəzarətə götürülməsi və həll edilməsi;
  • Şəbəkə üzrə baş vermiş hadisələri təhlil edərək təsir səviyyəsinin müəyyən edilməsi,  müəyyən edilmiş qəza prioriteti əsasında dəstək sənədləşməsinin (trouble ticket) aparılması və problemin təhlili üçün icraçıya yönləndirilməsi;
  • İnteraktiv ünsiyyət, komanda şəklində çalışmaq qabiliyyəti və sənədlərin idarəolunması prosesləri vasitəsi ilə iş prosesinin təşkili;
  • Şəbəkə avadınlıqlarının monitorinqi;
  • Şəbəkədə və avadınlıqlarda baş verən alarm, nasazlıqları Layer1 səviyyəsində araşdırmaq;
  • Müştərilərdən daxil olan sorğuları qəbul etmək;
  • Müştərilərə ilkin texniki dəstək;

Təhsili:

  • Telekommunikasiya/İT sahəsində ali

Yaş həddi:

  • 20-30 yaş

Dil bilikləri:

  • azərbaycan, rus və ya ingilis dili (texniki səviyyədə)

İş təcrübəsi:

  • Müvafiq sahədə 1-3 il iş təcrübəsi

İş rejimi:

  • çoxnövbəli 24/7

CV-nizi bizə göndərin:

Pre-sales Engineer (Satış öncəsi əməliyyatlar üzrə mühəndis)

Şöbə: Kommersiya Departamenti/ Satış şöbəsi
Tələb olunan bilik və bacarıqlar:                                                                        
  • Bulud texnologiyaları haqqında anlayış          
  • Müştəri yönümlü olma            
  • Ünsiyyət bacarıqları                                                                                     
  • Yaranan problemləri vaxtında həll etmə                               
  • İnnovativ olma             
  • Komandada işləmə bacarığı
Vəzifə öhdəlikləri: 
  • Müştərilərin tələblərini və ehtiyaclarını təhlil etmək və həll yolları təklif etmək
  • Korporativ müştərilər üçün bulud xidmətləri biznesinin inkişafında satışdan əvvəl və sonra
  • xidmətlərin göstərilməsində Kommersiya Departamentinin heyətinə  yardım etmək           
  • Satış öncəsi xidmətlərdən konsaltinq/icraya uğurlu keçidin həyata keçirilməsi üçün satış mütəxəssisləri ilə sıx işləmək Bulud həllərinə başlamaq və genişləndirməkdə satış mütəxəssisləri ilə sıx işləmək                
  • Təkliflər və Məlumat Sorğularına cavab vermək                                                                         
  • Planlaşdırılan həllər barədə baxış və mövqeləri izah etmək                                                           
  • Yeni innovativ IT həlləri barədə düşünmək və onları işləyib-hazırlamaq,                                      
  • Satışdan öncə və satışdan sonra dəstək göstərilməsi tələb olunduğu zaman Texniki dəstək heyəti ilə işləmək                                   
  • Tələb olunduğu təqdirdə problemləri rəhbərliyin nəzərinə çatdırmaq                                            
  • Tələb olunduğu təqdirdə müştərilərin iş yerlərinə səfər etmək, konfranslarda iştirak etmək və s. 
  • Texniki məhsula dair prezentasiya və təqdimatlar hazırlamaq
  • Qarşıya qoyulmuş satış hədəflərinə çatmaq
Təhsili:  
  • Telekommunikasiya mühəndisliyi /IT sahəsində ali təhsil 
Dil bilikləri: 
  • Azərbaycan və rus (sərbəst), ingilis dilini bilənlərə üstünlük verilir
İş təcrübəsi: 
  • Müvafiq sahədə 2-3 il iş təcrübəsi 
İş qrafiki: 
  • 09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-nizi bizə göndərin:

Təcrübəçi/Intern

Şöbə: Sertifikatlaşdırma departamenti (Respublika ərazisinə idxal olunan rabitə vasitələrinin sertifikatlaşdırılması istiqamətində fəaliyyət göstərir.)
Tələb olunan bilik və bacarıqlar:                                                                                                      

  • Bazarın araşdırılması və müştəri yönümlü xidmətlər sahəsində analitik qabiliyyət;
  • Hüquq və normativ hüquqi aktlar haqqında anlayışlar;
  • ISO standartları haqqında ilkin biliklər;
  • Danışıq aparmaq bacarığı;
  • Microsoft Office (Excel, PowerPoint, Word) proqramlarında işləmə bacarığı;
  • Məsuliyyətli və intizamlı;

Vəzifə öhdəlikləri:

  • Departamentə müştərilər tərəfindən daxil olunan sertifikatlaşdırma müraciətlərinin qəbul edilməsi;
  • Müraciət edən şəxslərə mail və zəng vasitəsilə məlumatların verilməsi;
  • Potensial müştərilərin araşdırılması və bildirişlərin göndərilməsi;
  • İnadkar şəkildə müştərilərin məhsul alışına sövq edilməsi;

Təhsili:

  • Marketing, menecment, maliyyə-iqtisad və ya biznes idarəçilik sahəsində ali təhsil  (bakalavr və ya magistr) 

Dil bilikləri:

  • Azərbaycan; rus və ingilis dili bilikləri üstünlükdür 

Cinsi:

  • Kişi

İş təcrübəsi: 

  • Tələb edilmir

İş qrafiki: 

  • 09:00-18:00; (Bazar ertəsi – Cümə) və ya tələbənin dərs növbəsindən asılı olaraq 09:00-13:00, 14:00-18:00

Təcrübə müddəti: 

  • 3 ay

Qeyd: Təhsil müəssisəsi ilə ikitərəfli müqavilə bağlamaq şərti ilə təcrübə proqramı ödənişsizdir. Sonda uğurlu təcrübəçilərin şirkət tərəfindən işə qəbulu da mümkündür.

 

CV-nizi bizə göndərin:

Mühasib

Şöbə: Maliyyə departamenti/ Mühasibatlıq şöbəsi

Vəzifə öhdəlikləri:

  • İlkin sənədlərlə iş və onların mühasibat proqram təminatında düzgün əks etdirilməsi
  • Müəssisənin satış nəticələrinə uyğun hesab-faktura, e-qaimə, EVHF tərtib olunması
  • Debitor borcların uçotunun aparılması
  • Baş mühasibin verdiyi digər tapşırıqların icrası

Tələb olunan bilik və bacarıqlar:

  • Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tanış olmalı
  • Maliyyə hesablaşmalarının forma və qaydalarını bilməli
  • Daxil olan pul vəsaitlərinin vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
  • Elektron hökümət portal/Vergi kargüzarlığı ilə işləyə bilmə qabiliyyəti
  • Analitik düşünmə qabiliyyəti
  • Səmərəlilik və təşəbbüskarlıq qabiliyyəti
  • Fərdi və kollektivdə işləmə qabiliyyəti
  • Dəqiqlik və səliqəlik qabiliyyəti
  • Planlaşdırma, koordinasiya qabiliyyəti

Təhsili:

  • Ali iqtisad təhsili

Dil bilikləri: Azərbaycan və rus dilllərini mükəmməl bilməli (ingilis dilini bilənlərə üstünlük verilir)

İş təcrübəsi: Mühasib kimi ən azı 1 il iş təcrübəsi

İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-nizi bizə göndərin: