Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin Data Mərkəzi "Microsoft Office 365" lisenziyasının satışına başlayır. Artıq müştərilər "bulud" üzərindən ofis proqramlarını, sadəcə, aylıq icarə haqqı ödəməklə əldə edə biləcəklər. Proqram təminatının satış modelinin 3 paketi təklif olunur: "Office 365 Business Essentials", "Office 365 Business" və "Office 365 Business Premium". Təqdim olunan paketlərdə versiyaların avtomatik yenilənməsi və abunəliyin rahat dəyişdirilməsi kimi xüsusiyyətlər də mövcuddur. "Microsoft Office 365"-in əsas rahatlığı istifadəçilərin istənilən yerdən öz korporativ resurslarına çıxış imkanının olmasıdır. Belə ki, bu xidmətdən yararlanmaqla həm iş yerində, həm də işdən kənarda e-poçtu yoxlamaq, "Microsoft Office" proqramları ilə işləmək mümkün olacaq. Qeyd edək ki, ofis paketinin yeni funksiyaları istifadəçilərə onlayn resurslarını bir arada cəmləmək imkanı verir. Həmçinin "Office 365"-in quraşdırılması və idarə olunması da çox sadədir. Xidmət haqqında ətraflı məlumat əldə etmək üçün sales@datamerkezi.az ünvanına və ya (+99450) 251 5555 mobil nömrəsinə müraciət edə bilərsiniz.