Lenovo və Nutanix Lenovo ThinkAgile HX7820 Appliance platformasına qurulan və Nutanix Acropolis virtuallaşma platforması ilə çalışan dünyada öz ilk blockchain layihəsini təqdim etdi.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən Blokçeyn Konfransında “Lenovo” və “Nutanix” şirkətləri bir çox bank reyestrini birləşdirən blokçeyn texnologiyası əsasında “Fərdi İdentifikasiya Sistemi” üçün birgə həyata keçirilən dünya üzrə ilk dəfə olaraq öz platforma layihəsini təqdim etdilər.

Təqdim edilən həll üsulu, maliyyə təşkilatlarına “Lenovo-Nutanix”in infrastrukturuna malik məlumat mərkəzləri əsasında paylanmış hesablama yaratmağı və gələcəkdə istənilən vaxt resursları asanlıqla artırmaq imkanı verir. Bu üsul, yeni nəsil Intel Xeon Skylake prosessorları üzərində işləyən “Lenovo” ThinkAgile HX7820 Appliance platformasından istifadə edir, virtuallaşdırma platforması qismində isə “Nutanix”in Acropolis həlli seçilib. Bu həll üsulu vasitəsilə maliyyə qurumu real vaxt rejimində əməliyyatları idarə edə biləcək. Məsələn, bank hesablarının onlayn açılması və s.

Konfransa qatılan 240-dan çox iştirakçı qarşısında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Lenovo Global Technology-nin Rusiya və MDB üzrə Baş direktoru Dmitri Parşin çıxış etdilər.

Blokçeyn texnologiyaları haqqında tədbir iştirakçılarına “AzIntelecom” MMC-nin Kommersiya Departamentinin rəhbəri Ruslan Əliyev, Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin direktoru Fərid Osmanov, Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumatların İdarəetmə Mərkəzinin direktoru Anar Nərimanov və Lenovo Qlobal Biznes İnkişafı üzrə direktoru doktor Con O'şi danışdı. “Blockchain-as-a-Service” deyilən bulud xidmətlərinin təqdim edilməsi məqsədilə biz Azərbaycan Mərkəzi Bankının blokçeyn layihəsi üçün yaratdığımız arxitekturadan istifadə edəcəyik.

Azərbaycanın ilk blokçeyn startaplarından biri (IQREX.com) artıq bizim platformaya keçib və biz bu seqment üzrə ölkədə ilk kommersiya sifarişçisini qazandıq”, – deyə Lenovo şirkətinin MDB ölkələrində hyperkonverqent infrastruktur biznesinin inkişafı üzrə meneceri Rasim Bəxşi bildirdi.

“Nutanix”in qabaqcıl texnologiyaları, intellektual çoxbuludlu əməliyyat sistemi, süni intellekt və “əşyaların interneti” üçün həll üsulları haqqında “Nutanix” şirkətinin qabaqcıl texnologiyalar üzrə direktoru Maksim Şapoşnikov və Nutanix şirkətinin Rusiya, MDB ölkələri, Şərqi Avropa və Türkiyədə OEM-alyanslar üzrə direktoru Piter Meycer danışdı.

Tədbirin rəsmi hissəsini Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli tamamladı.