Azərbaycan nümayəndə heyətinin tərkibində "AzInTelecom" MMC-nin nümayəndələri Belarus Respublikasının Minsk şəhərində keçirilən 26-cı telekommunikasiya, rabitə, təhlükəsizlik və informasiya texnologiyaları üzrə ixtisaslaşdırılmış beynəlxalq “TIBO-2019” sərgi-forumunda iştirak edir.

Sərgi zamanı "AzInTelecom" MMC qonaqlara AZCLOUD bulud provayderinin təqdim etdiyi həll və xidmətləri nümayiş etdirir. Onların arasında AZCLOUD bulud hesablama xidməti, məlumatların rezervlənməsi xidməti, Trend Micro-dan kompleks təhlükəsizlik həlləri, Microsoft məhsulları, avadanlıqların yerləşdirilməsi və yeni nəsil rabitə növü hesab edilən Virtual IP telefoniya xidmətləri var.

"TIBO-2019" sərgisində Azərbaycan da daxil olmaqla dünyanın 16 ölkəsini təmsil edən 100-dən çox şirkət iştirak edir.